Avtobus dayanacağında qətliam: 8 ölü - VİDEO

Hondurasın şimalındakı Çoluma şəhərində avtobus dayanacağına silahlı hücum təşkil olunub. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, nəticədə aralarında sürücülərin də olduğu 8 nəfər qətlə yetirilib. Bir neçə nəfər ağır yaralanıb.
Şahidlərin sözlərinə görə, 8 nəfərdən ibarət dəstə dayanacağa gələrək, xüsusi formaları ilə seçilən ictimai nəqliyyat işçilərinə atəş açıb. Dərhal əraziyə təhlükəsizlik əməkdaşları cəlb olunsa da, cinayətkarlar aradan çıxmağa müvəffəq olub. Hazırda polis onların həbs olunması istiqamətində tədbirlər həyata keçirir.
Bildirilir ki, hücumun baş verdiyi ərazidə bir müddətdir ki, iki cinayətkar dəstə arasında narazılıq yaşanıb. Onlar dayanacaq işçilərindən zorla alınan "vergi"ni öz aralarında bölüşdürə bilmirmiş. Sakinlərin sözlərinə görə, bu, bölgədə baş verən ilk belə hadisə deyil. Əvvələr də cinayətkar dəstələr "vergi" bölgüsü üzündən yaranmış narazılıqları silah gücünə həll etməyə çalışıb.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












