Azərbaycanda yol qəzası dörd can aldı - FOTO-VİDEO

Goranboy rayonunda dəhşətli yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndindən Goranboy şəhərinə gedən yolda qeydə alınıb. “VAZ-2107” markalı iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ölənlər rayonun Veyisli kənd orta məktəbinin direktoru Ələsgər Ələsgərov, direktor müavini Nofəl İsmayılov, rayon sakinləri Səday İsmayılov və Yaşar Rzayevdir. Xəsarət alanların isə rayonun Qaraçinar kənd sakini, 1981-ci il təvəllüdlü Xəqani Rzayev, Qızıl Hacılı kənd sakini, 1982-ci il təvəllüdlü Elman Həsənov, Yenikənd kənd sakini, 1990-cı il təvəllüdlü Nəriman Rzayev və Veyisli kənd sakini, 1977-ci il təvəllüdlü Bəxtiyar Əhmədov olduğu bildirilib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO

















