Bakı-Sumqayıt qatarı Türkiyə vətəndaşını vurdu

Xəbər verildiyi kimi, ötən gün Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb. Bakıdan saat 19 radələrində reysə düşən qatar bir neçə dəqiqə yol qət etdikdən sonra dayanıb. Sərnişinlər yarım saatdan çox qatarda gözləməli olublar.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov azvision.az-a açıqlamasında bildirib ki, ötən gün saat 19-da yola düşən Bakı-Sumqayıt qatarı Keşlə-Biləcəri məntəqəsində dəmiryolu xətti üzərinə çıxan sərxoş kişini vurub.
Məlum olub ki, həmin şəxs 1984-cü il təvəllüdlü Türkiyə vətəndaşı Yılmaz Harum Mehmetdir. Onun qatar reysinin kənarında spirtli içki qəbul etdiyi aşkarlanıb.
Türkiyə vətəndaşı hazırda xəstəxanadır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
N.Əziməmmədov son zamanlar Bakı-Sumqayıt qatarının yolunda mane törədən şəxslərin çoxaldığını deyib: “Biz KİV-lər vasitəsilə hər zaman təbliğat aparırıq ki, bu, sürət qatarıdır və onun yoluna çıxmaq olmaz. Amma bəzi şəxslər buna əməl etmirlər”.
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ










