Bakı-Sumqayıt yolunda çörək daşıyan maşın aşdı - VİDEO

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, magistral yolun Xırdalan şəhəri ərazisindən keçən hissədə çörəkdaşıyan mikroavtobus beton arakəsməyə çırpılıb. Hadisə nəticəsində ölən olmasa da, avtomobildə olan hər iki şəxs ağır bədən xəsarətləri alıb.
Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə beton hissəyə çırpılan avtomobilin ön şüşəsi sındığından zərbə maşında olanları bayıra atıb. Qeyd edək ki, oxşar hadisə Yevlax-Balakən-Gürcüstan magistral yolunun Zaqatala rayonuna giriş hissəsində baş vermişdi. Nəticədə 5 tona yaxın xurma aparan ağırtonnajlı yük avtomobili maşında yaranmış nasazlıq ucbatından idərəetməni itirərək, yolun kənarındakı iri gövdəli qoz ağacına çırpılıb. 5 tona yaxın məhsul Balakən rayonunda soyuducularda yerləşdirmək üçün aparılırdı. Yük maşınının qəza törətməsi səbəbindən məhsulun 70%-i məhv olub.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO















