Balakəndə ağır yol qəzası: xəsarət alanlar var

Balakəndə iki nəfərin xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qəza rayonun Hənifə kəndi ərazisində dünən saat 15:30 radələrində qeydə alınıb. Qəza nəticəsində iki nəfər yaralı - rayonun Hənifə kənd sakini, 1956-cı il təvəllüdlü Gülbahar Hənəfi qızı Şabanova və Qazma kənd sakini Samir Sahib oğlu Məmmədov xəstəxanaya yerləşdirilib. 59 yaşlı G.Şabanovaya qapalı kəllə-beyin travması, baş beyn silkələnməsi və sol budun sınığı, 23 yaşlı S.Məmmədova isə qapalı kəllə-beyin silkələnməsi, boyun, burun və alın əziyi diaqnozu qoyulub. Xəsarət alanların müalicələri xəstəxananın cərrahiyə şöbəsində davam etdirilir. Məlumata görə, S.Məmmədov idarə etdiyi VAZ 2107 markalı, 63 BB 424 dövlət nömrə nişanlı avtomobillə Hənifə kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək maşını qarşısında hərəkətdə olan Hənifə kənd sakini Elşən Qazıbəy oğlu Ağayevin idarə etdiyi VAZ 2106 markalı 08 BA 839 dövlət nömrə nişanlı avtomobilin arxasından vurub. Qəzadan sonra E.Ağayevə məxsus VAZ 2106 markalı avtomobil yolun kənarında dayanan piyada G.Şabanovanı vurub. Balakən rayon Polis Şöbəsinin növbətçi hissəsi hadisə ilə bağlı onlarda heç bir məlumatın olmadığını əsas gətirərək məlumat verməkdən boyun qaçırıb.
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ










