Naxçıvanda bir ailə qəzaya düşdü: nənə və nəvə öldü

Bu gün səhər saatlarında Babək rayonunun Cəhri qəsəbəsində iki nəfərin ölümü nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "report"a istinadən bildirir ki, hadisə Gülşənabad kəndinə gedən yolda körpünün 230 metr yaxınlığında baş verib.
Qəzaya səbəb taksi xidməti göstərən "NAZ Lifan" markalı 75-TA-521 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Babək rayonunun Payız kənd sakini, 1968-ci il təvəllüdlü Kamil Alcəfərovun idarəetməni itirməsi olub.
Avtomobildə sürücünün öz ailə üzvlərindən ibarət 5 nəfər olub. Onlardan həyat yoldaşı 1969-cu il təvəllüdlü Alcəfərova Durna İbrahim qızı və nəvəsi 2019-cu il təvəllüdlü Alcəfərov Ramil İsmayıl oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Sürücü isə xəstəxanaya yerləşdirilib. Qəza zamanı onun sol körpücük sümüyü sınıb. Digər sərnişinlər Alcəfərov Musa İsmayıl oğlu və Alcəfərov Asim Musa oğlu isə yüngül xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO












