Rafiq Əliyevə məxsus bina dördüncü dəfə hərraca çıxarılır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, "İrşad" İslam Araşdırmaları Mərkəzinin rəhbəri Rafiq Əliyev ona məxsus 6 mərtəbəli binanın qanunazidd olaraq satışa çıxarıldığını elan edib.
Avtosfer.az xəbər verir ki, o, binanın noyabrın 22-də Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elektron hərracda qanunazidd formada satışının təşkil olunduğunu bildirib.
Rafiq Əliyevin sözlərinə görə, bina satışa çıxarılsa da, alıcı tapılmayıb:
"Bununla belə, qanunun tələblərinə məhəl qoyulmadan binanın satışının yenidən təşkil edilməsi nəzərdə tutulur. Belə ki, bina noyabrın 29-da dördüncü dəfə hərraca çıxarılmalıdır. Potensial alıcılar da yaxşı anlayırlar ki, əldə edəcəkləri bu bina mübahisəli əmlakdır. Binada əsaslı təmir işləri aparıldıqdan sonra texniki pasportun və yeni çıxarışın alınması, eləcə də sənədləşmə prosesinin həyata keçirilməsi ciddi problemlərlə üzləşə bilər.
Üstəlik, məsələ ilə bağlı məhkəmə prosesi davam etdiyindən, çıxarılacaq qərar binanın satışının hüquqi əsaslarına və qanuniliyinə birbaşa təsir göstərəcək. Mən hərracın keçirilməsi ilə bağlı artıq şikayət vermişəm. İnanıram ki, hüquqi müstəvidə ədalət öz yerini tapacaq və haqqımız qorunacaq", - deyə o qeyd edib. (oxu.az)
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir - VİDEO
Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq malikanə - FOTO
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI
Pensiyalar təhlükə altındadır? – DSMF-də baş verənlər narahatlıq yaradır
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO












