Bir gecədə üç piyadanı maşın vurub öldürdü - FOTO

Azərbaycanda bir gecədə 3 piyadanı maşın vurub öldürüb. Hadisələrdən biri Bakıda baş verib. Məhəmmədi qəsəbəsində eyni ailənin üç üzvü yolu keçmək istəyərkən Məhəmməd Xəlilovun idarə etdiyi «Niva» markalı avtomobil ailə başısı İlqam Abdıyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Salyanda da piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ələt-Astara magistralının13-cü kilometrliyində, Salyan rayonunun Xıdırlı kəndi ərazisində yolu keçən Xıdırlı kənd sakini, 1984-cü il təvəllüdlü Hüseynov Seymur Əmir oğlu naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb. Piyada hadisə yerində ölüb. Hazırda piyadanı vuran avtomobil sahibinin axtarışları davam etdirilir.
Daha bir ölümlə nəticələnən qəza Bərdədədə baş verib. Koroğlu küçəsində Namiq Qarayevin idarə etdiyi «Ford» markalı mikroavtobus qarşısına çıxan piyada, Qubadlı rayonundan məcburi köçkün, 1963-cü il təvəllüdlü Atlıxanlı Sevgili Bayram qızını vurub. Mikroavtobusun ön hissəsinə zərblə çırpılan qadın hadisə yerində keçinib.
Qeyd olunan faktlarla bağlı araşdırmalarını davam etdirir.
Elmin
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO














