Dövlət qurumunun avtomobili traktorla toqquşdu - Xəsarət alan var - FOTO
Qəzalar
28 Dekabr 2022 15:26

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub. Avtosfer.az-ın məlumatına görə, hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Qaraməryəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsus 99-PE-497 dövlət nömrə nişanlı "Xəzər" markalı minik avtomobili qarşı tərəfdə və eyni istiqamətdə hərəkətdə olan traktora arxadan çırpılıb. Hadisə zamanı xidməti minik avtomobilinin sürücüsü, Göyçay rayonu Dövranlı kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Ehtiram Məhərrəm oğlu xəsarət alıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
unikal
Oxunub : 956
DİGƏR XƏBƏRLƏR
24 Noyabr 2026 10:18
Sürücülük hüququ olmadan sükan arxasına keçdi; ailəsi ilə faciəvi qəza törətdi - VİDEO
24 Noyabr 2026 10:00
Sabunçuda AĞIR QƏZA: Ölən var
24 Noyabr 2026 09:30
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
24 Noyabr 2026 09:23
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
24 Noyabr 2026 09:11
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
23 Noyabr 2026 17:00
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
23 Noyabr 2026 15:18
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
23 Noyabr 2026 12:03
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
23 Noyabr 2026 11:23
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
23 Noyabr 2026 11:11
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
22 Noyabr 2026 09:00
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
21 Noyabr 2026 23:51
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
ŞƏRH YAZ












