Sürücülük hüququ olmadan sükan arxasına keçdi; ailəsi ilə faciəvi qəza törətdi - VİDEO

Ötən gün saat 13:11 radələrində Tovuz rayonunun Yanıqpəyə kəndi ərazisində Gədəbəy rayon sakini Şakir Hüseynovun sürücülük hüququ olmadan idarə etdiyi “VAZ” markalı avtomobil yoldan çıxaraq su kanalına aşıb.
Qəza nəticəsində Ş.Hüseynov hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı Püstə və oğlu Xəyal Hüseynovlar, gəlini, eləcə də 4 və 2 yaşlarında iki nəvəsi xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə hadisəyə səbəb yola nabələd olan Ş.Hüseynovun sərt döngədə manevretmə zamanı sürət həddini düzgün seçə bilməməsi göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsi yüksək sürətin, habelə səriştəsiz şəxslərin sükan arxasına əyləşməsinin ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, bununla yanaşı sürücüləri yol və hava şəraitini hər zaman nəzərə almağa, yola nabələd olduqda daha da ehtiyatlı davranmağa çağırır.
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO












