Dəhşətli qəza: ata öldü, iki övladı ağır yaralandı

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya istinadən məlumatına görə, bu gün səhər saatlarında Şəki sakiniləri 1964-cü il təvəllüdlü Ağaismayıl Şahismayıl oğlu Əliyevin idarə etdiyi "VAZ 2106" markalı, 55 BP 452 dövlət nömrə nişanlı avtomobillə 1965-ci il təvəllüdlü Eldar Yaqub oğlu Abdullayevin idarə etdiyi "QAZ-31" markalı, 10 HZ 149 dövlət nömrə nişanlı maşın toqquşub. Nəticədə "VAZ-2106" markalı maşının sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb. Həmin avtomobildə olan sərnişinlər - sürücünün övladları, 1999-cu il təvəllüdlü Şahismayıl Əliyev, 1998-ci il təvəllüdlü Şahsinə Əliyeva, digər avtomobilin sürücüsü Eldar Abdullayev və onun sərnişini Elgün Nağı oğlu Həşimov aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, Şahsinə Əliyeva və Elgün Həşimovun vəziyyətləri ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. Digər yaralıların vəziyyəti isə orta-stabildir
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












