Göyçayda avtomobil aşdı: yaralılar var - VİDEO

Göyçayda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, qəza Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçayın Qaraməryəm kənd sakini 63 yaşlı İlyas Tağıyev VAZ 2106 markalı minik avtomobili hərəkətdə olarkən idaretməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Ağaca çırpılan VAZ 2106 2 metr dərinliyi olan çökək əraziyə aşıb.
Hadisə zamanı sürücü İlyas Tağıyev və onun sərnişini Qarayazı kənd sakini 47 yaşlı Pərviz Xankişiyev ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ehtimal olunur ki ,qəza sürücü qarşısına qəfil çıxan maneə səbəbindən baş verib. Sürücünün sürət həddini aşması da digər versiyalardan biridir.

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












