İki piyada qəza qurbanı oldu

Ötən gün 2 piyada avtomobil qəzasının qurbanı olub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Belə ki, yanvarın 1-də saat 19 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Şamaxı rayon sakini R.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini E.Əzizovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Analoji hal həmin gün saat 10 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində baş verib. Belə ki, Çünzəli kənd sakini G.Cəfərov idarə etdiyi “Ford” markalı yük avtomobilini arxaya verərkən yolu keçən Xəlilabad kənd sakini N.Nuriyevanı vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Qeyd olunan faktlarla bağlı araşdırma aparılır.
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO












