İsmayıllıda qəzada xəsarət alanlardan biri də ÖLDÜ

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin sayı artıb.
Avtosfer.az-ın məlumatına görə, ötən gün axşam saatlarında İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "BMW" və "Honda" markalı avtomobillərin toqquşması nəticəsində Qəbələ rayon sakinləri, 2001-ci il təvəllüdlü İsmayılova Aytac Tərlan qızı, 1976-cı il təvəllüdlü İsmayılova Aminə Yaşar qızı, Bakı sakinləri, 1969-cu il təvəllüdlü İsmayılov Qabil Fəxrəddin oğlu, 1988-ci il təvəllüdlü Hacıyev Səməndər Fərhad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Bakı sakini, 2002-ci il təvəllüdlü Nağıyev Nurlan Anar oğlu dünyasını dəyişib.
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan biri, 53 yaşlı Qabil İsmayılov həkimlərin səyinə baxmayaraq bu gün xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
unikal
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO












