Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 21 :00 radələrində Kürdəmir- Ağsu- İmişli yolunun 28-ci kilometrliyində Kürdəmir rayonunun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. Kürdəmir rayonunun Cəyli kənd sakini 31 yaşlı İsmayılov Ceyhun Münasib oğlu idarə etdiyi "10 CM 585" dövlət nömrə nişanlı "Daewoo-Neksia" markalı minik maşını ilə, yolu keçən piyada rayonun Şıxımlı kənd sakini 34 yaşlı Quliyev Rəfail Cəbrayıl oğlunu vurub.
Yaralı ağır xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq R.Quliyev orada ölüb.
İlkin ehtimala görə, qəzaya səbəb havanın yağışlı olmasıdır.
Faktla bağlı araşdırma aparılır.
Bakıda yeddi avtomobil toqquşdu - FOTO - VİDEO - YENİLƏNİB
Qubada qəza: İki “VAZ” toqquşdu - VİDEO
Bərdədə faciəli şəkildə həlak olan hərbçinin FOTOsu - YENİLƏNİB
Makaron daşıyan yük maşını aşdı - Məhsul yola dağıldı - VİDEO
Kürdəmirdə idarəetmədən çıxan “VAZ” ağaca çırpıldı - VİDEO
İki nəfər ölüb, yaralılar var - FOTOLAR - YENİLƏNİB
Oğuzda iki avtomobil toqquşdu, bir nəfər xəsarət aldı - VİDEO
Son iki gün ərzində 6 piyadavurma olub, 4 nəfər ölüb
Sürücü məsafəni düzgün hesablamadı, avtobus obyektə çırpıldı - VİDEO - YENİLƏNİB
Polis diqqətsiz sürücülərin törətdiyi qəza görüntülərini paylaşdı - VİDEO
Sumqayıtda avtomobilin vurduğu piyada öldü - FOTO










