Maşın 66 yaşlı qadını vurdu
Qəzalar
25 Noyabr 2015 11:55

Onun vəziyəti ağır olduğu üçün paytaxt xəstəxanalarının birinə göndərilib
Gəncədə 66 yaşlı qadını maşın vurub. Hadisə Kəpəz rayonunda məcburi köçkünlərin yaşadığı ərazidə qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından anspress-ə verilən məlumata görə, Goranboy rayonunun Todan kənd sakini, 1949-cu il təvəllüdlü Əminə Ağamməd qızı Qasımova yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı qadını ətrafda olan insanların köməkliyi ilə xəstəxanaya çatdırıblar.
Xəstəxanadan bildirdilər ki, Əminə Qasımova xəstəxanaya çanaq və baldır nahiyələrinin çoxsaylı sınığı diaqnozu ilə gətirilib və vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardım göstərilərək paytaxt xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı Gəncə Şəhər baş Polis idarəsində araşdırma aparılır.
Oxunub : 1515
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
ŞƏRH YAZ












