Məşhur aktyor qəzaya düşdü, kritik vəziyyətdədir

Hollivud aktyoru, iki dəfə Oskar mükafatına namizəd və "Qisasçılar" filminin ulduzu, "Şahin gözü" obrazı ilə tanınan Ceremi Renner avtomobil qəzasına düşüb və vəziyyəti ağırdır.
Bu barədə onun nümayəndəsinə istinadən "The Hollywood Reporter" xəbər verib.
51 yaşlı aktyor "hava şəraiti ilə bağlı qəza"dan sonra helikopterlə xəstəxanaya çatdırılıb. Rennerin sözçüsü bildirib ki, hadisə qar təmizlənərkən baş verib.
Nəşrin həmsöhbəti əlavə edib ki, Renner "kritik, lakin stabil vəziyyətdədir" və onun ailəsinin yanında olduğunu və lazımi qayğı göstərildiyini deyib.
Aktyorun nümayəndəsi hadisənin dəqiq harada baş verdiyini açıqlamayıb, lakin məlumdur ki, aktyor Syerra Nevada dağlarında Taho gölü üzərində ranço sahibidir. Yeni il gecəsi qış fırtınası bölgəyə ciddi ziyan vurub.
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var












