Minik avtomobili yük maşını ilə toqquşdü, ölən var

Ələt- Astara maqistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Lənkəran Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün rayonun Siyavar kəndində qeydə alınıb. 1955-ci il təvəllüdlü Akif Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobillə, 1973-cü il təvəllüdlü Ruslan Nuriyevin idarə etdiyi "Ford" markalı yük maşını toqquşub.
Qəza zamanı avtomobillərdə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılarkən "Mercedes"in sürücüsü aldığı xəsarətlərin ağırlığından yolda dünyasını dəyişib.
Xəstəxanadan xəsarət alan hər iki şəxsin travmatologiya şöbəsinə yerləşdirildiyini, ancaq digər yaralının kimliyini müəyyən etməyin hələlik mümkün olmadığını bildirdilər. Onu da bildirdilər ki, yaraların vəziyyəti orta ağırdır.
Faktla bağlı Lənkəran Rayon Polis İdarəsində araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












