Minik maşını yük avtomobili ilə toqquşub: ölən və xəsarət alanlar var

Lənkəranda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın cənub bürosunun məlumatına görə, noyabrın 30-da günorta saatlarında rayonun Siyavar kəndində şəxsiyyəti hələlik məlum olmayan sürücülərin idarə etdiyi “Mercedes” markalı, 10 VN 098 dövlət nömrə nişanlı minik avtomobillə “Ford” markalı, H 023103 tranzit nömrə nişanlı kiçik tutumlu yük maşını toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb, həmçinin üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, “Mercedes”in sürücüsünün həyatını xilas etməm mümkün olmayıb. O, ağır xəsarətlərdən xəstəxanada ölüb. “Ford”un sürücüsünün və sərnişininin vəziyyəti isə ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












