Nazirlik ağır qəzalarla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ölkədə baş verən ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Avtosfer.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 24-də saat 18 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndində kənd sakini Qabil Salıfovun idarə etdiyi “VAZ-21013” və Qazax rayon sakini Səyalı Mirzəliyevanın idarə etdiyi “Kia” markalı avtomobillər toqquşub. Nəticədə Q.Salıfov hadisə yerində ölüb, S.Mirzəliyevanın sərnişini xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.
Bundan başqa noyabrın 24-də saat 15 radələrində Neftçala rayonunun Xolqarabucaq kəndində kənd sakini Dabil Mustafayev idarə etdiyi “VAZ-21043” markalı avtomobillə yolu keçən həmkəndlisi Aysel Nəcəfovanı vurub. Xəstəxanaya yerləşdirilmiş A. Nəcəfova orada ölüb. Neftçala RPŞ tərəfindən araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












