Polisi maşın vurdu

Xidmətini vəzifəsini yerinə yetirən polis əməkdaşını maşın vurub. Hadisə Tovuz rayonunda baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Tovuz Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, rayonun polis şöbəsinin Yol Patrul Xidmətinin inspektoru, 1978-ci il təvəllüdlü Elmar Əli oğlu Xəlilov rayonun Yuxarı Öysüzlü kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən onu, qarşıdan gələn 1990-cı il təvəllüdlü, həmin kəndin sakini olan Bayram Qasımov idarə etdiyi "VAZ- 2107" markalı avtomobillə vurub. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstərilib.
Xəstəxanadan bildirdilər ki, aldığı xəsarətlər nəticəsində ayağı sınan Elmar Xəlilov bu gün səhər saatlarında Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.
Polis İdarəsindən isə hadisəyə səbəb kimi, Bayram Qasımov ilkin ifadəsində qarşıdan gələn avtomobilin işığının onun gözünə düşdüyünü, bu səbəbdən polis əməkdaşını görmədiyini bildirib.
Faktla bağlı Tovuz Rayon Polis İdarəsində araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












