Qazaxda ağır avtomobil qəzası: İKİ NƏFƏR ÖLÜB

Qəzalar 23 Avqust 2026 10:34
Qazaxda ağır avtomobil qəzası: İKİ NƏFƏR ÖLÜB
WhatsApp kanalımıza abunə olun

Qazax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, "Mercedes" və "Opel" markalı minik avtomobilləri toqquşub. İlkin məlumata əsasən, qəza nəticəsində iki nəfər həlak olub.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Qəza zamanı ölənlərin şəxsiyyəti və hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.

Oxunub : 84
ŞƏRH YAZ
Ad

E-mail

Şərh