Sabah Bakıda iki əlavə ekspres marşrut işləyəcək

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən bayram günlərində sərnişinlərə yüksək xidmət göstərilməsinin təmin olunması, eyni zamanda sərnişinlərin gedəcəkləri istiqamətlərə rahat və təhlükəsiz şəkildə çatdırılması məqsədilə dekabr ayının 31-də Dənizkənarı Milli Park istiqamətindən aşağıda göstərilən 2 istiqamət üzrə ekspres marşrutlar təşkil edilməsi ilə bağlı qərar qəbul edilib.
Agentlikdən verilən məlumata görə, ekspres marşrutlar Dənizkənarı Milli Park - "20 Yanvar" metro stansiyası və Dənizkənarı Milli Park - " Həzi Aslanov" metrostansiyası istiqamətində fəaliyyət göstərəcək.
Eyni zamanda, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən, bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar gecə saatlarınadək xidmət göstərəcək.
Agentlik tərəfindən bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib.
Qeyd edək ki, ekspres marşrut üzrə avtobusların çıxış nöqtəsi Park Bulvarın qarşısı müəyyən olunub.
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO












