Salyanda yol qəzası: 3 nəfər yaralanıb

Salyanda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "report"-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 56 yaşlı Mübariz Qabil oğlu Quliyev idarə etdiyi "Ford" markalı maşınla hərəkətdə olarkən "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Ford"un sürücüsü M.Quliyev və "Mercedes"də olan Masallı rayon sakinləri, 1969-cu il təvəllüdlü Aidə Şükür qızı Ağacanova və onun bacısı qızı, 2009-cu il təvəllüdlü Aynişan Ramil qızı Qarazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşını ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












