Sürücü idarəetməni itirdi - İki yaralı

Göyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 29-da saat 13:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçayın Qaraməryəm kənd sakini, 1952-ci il təvəllüdlü Tağıyev İlyas Ağaməmməd oğlu idarə etdiyi 10-KH-253 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü qarşısına çıxan maneə səbəbindən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq ağaca çırpılıb, daha sonra 2 metr dərinliyində çökəyə aşıb. Sürücü İlyas Tağıyev və onun sərnişini, Qarayazı kənd sakini, 1978-ci il təvəllüdlü Xankişiyev Pərviz İdris oğlu ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
Avtomobil tamamilə əzilərək yararsız hala düşüb. Xəsarət alanların vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












