Traktorun altına yıxıldı - hadisə yerində öldü
Qəzalar
29 Noyabr 2015 21:50

Oğuz rayon sakini idarə etdiyi traktoru yolun kənarındakı daş hasara vurub
Oğuzda 34 yaşlı kişi traktorun təkəri altında düşərək ölüb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə noyabrın 28-də axşam saat 17:30 radələrində rayonun Calut kəndində baş verib. Oğuz rayon sakini idarə etdiyi “T-150” markalı dövlət nömrə nişanı olmayan traktorla kənd ərazisində hərəkətdə olarkən idarəetməni itirərək traktoru yolun kənarındakı daş hasara vurub. Bu zaman traktorun açıq qapısı yanında ayaq üstə dayanmış, Oğuz rayonu Bayan kənd sakini, 1981-ci il təvəllüdlü Dağlar Tahir oğlu Yusifov yıxılaraq traktorun təkəri altına düşüb. Nəticədə ağır bədən xəsarətləri alan D. Yusifov hadisə yerində ölüb. Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Oxunub : 1652
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
ŞƏRH YAZ












