Xaçmazda toy karvanında üç “VAZ” toqquşdu - ANBAAN VİDEO

Xaçmazda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrdan göründüyü kimi, toy karvanında hərəkət edən 27-BM-929 dövlət nömrə nişanlı “VAZ-2110” markalı, 27-BR-198 dövlət nömrə nişanlı “VAZ-2115” markalı və 44-CK-987 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobillər bir-biri ilə toqquşub.
Yol polisi ağır qəzaların səbəblərindən birini açıqladı - DİQQƏT!
Hadisəyə səbəb sürücülərin ara məsafəsini düzgün saxlamaması olub. Nəticədə hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Qeyd edək ki, xüsusilə karvan şəklində hərəkət zamanı sürücülərin təhlükəsiz ara məsafəsini qoruması vacibdir. Bu qaydaya əməl edilməməsi zəncirvari qəzaların baş verməsinə, maddi zərər və daha ağır nəticələrə səbəb ola bilər.
Nərmin
Türkiyədə TIR-la mikroavtobus toqquşdu 7 nəfər öldü
Novxanıda maşın aşdı: Xəsarət alan var - VİDEO - YENİLƏNİB
Şamaxıda AĞIR QƏZA: Ölən və xəsarət alan var
Mikroavtobus AŞDI - ÖLƏN VAR
Avtomobilin vurduğu piyada 3 gün sonra öldü - FOTO
Göyçayda avtobusla maşın toqquşdu – Xəsarət alanlar var - VİDEO
Yeni Ramanada “Mercedes” avtobusla toqquşdu - VİDEO
Bakıda polkovnik maşınla qadını vurub ÖLDÜRDÜ
Bakıda klinikanın qarşısında ağır qəza: Hadisənin anbaan görüntüsü - VİDEO
Gəncədə avtomobil evin hasarına çırpılıb - FOTO
Balaxanı yolunda zəncirvari qəza: 6 maşın toqquşdu - VİDEO












