Xurma daşıyan yük maşını aşdı - FOTO

Göyçaydan Balakənə xurma aparan yük maşını qəzaya düşüb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə noyabrın 27-i axşam saat 22:30 radələrində Yevlax-Zaqatala Gürcüstan sərhəd magistral yolunun 103-cü kilometrliyində, Qax rayonu Tasmalı kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayon Tülü kənd sakini, 53 yaşlı İlqar Kamal oğlu Layıcov idarə etdiyi 08-BG-580 dövlət nömrə nişanlı "Mercedes" markalı yük avtomobililə Balakən istiqamətində hərəkətdə olarkən avtomobilin arxa təkərinin partlaması nəticəsində maşını yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü xəsarət almasa da, yük maşınında olan 600 ədəd xurma yeşiyi, təqribən 6 tona yaxın xurma magistral yola dağılıb və yük avtomobilinin bir hissəsi yararsız hala düşüb. Qəzaya uğrayan yük avtomobili Göyçaydan alınan xurmanı Balakəndə fəaliyyət göstərən soyuducu kameraya aparırmış.
Faktla bağlı BDYP-i idarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO














