Yağışlı havada yolda daha bir ölüm

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 21:00 radələrində Kürdəmir- Ağsu- İmişli yolunun 28-ci kilometrliyində Kürdəmir rayonunun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. Kürdəmir rayonunun Cəyli kənd sakini 31 yaşlı İsmayılov Ceyhun Münasib oğlu idarə etdiyi "10 CM 585" dövlət nömrə nişanlı "Daewoo-Neksia" markalı minik maşını ilə, yolu keçən piyada rayonun Şıxımlı kənd sakini 34 yaşlı Quliyev Rəfail Cəbrayıl oğlunu vurub. Yaralı ağır xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq R. Quliyev orada ölüb.
İlkin ehtimala görə, qəzaya səbəb havanın yağışlı olmasıdır.
Faktla bağlı araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












