Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var

Qəzalar 8 İyul 2022 10:29
Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə olun

Zaqatala rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə gecə saatlarında Zaqatala şəhəri ilə Yuxarı Tala kəndini birləşdirən "Asma" körpünün üzərində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" və "Mazda" markalı minik avtomobillərinin toqquşması nəticəsində avtomobillərdə olan sürücülər və sərnişinlər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralıların sayı və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

"Report"

Oxunub : 1046
ŞƏRH YAZ
Ad

E-mail

Şərh