Banner

Bakıda ağır qəza baş verdi

Qəzalar 25 Noyabr 2026 09:18
Bakıda ağır qəza baş verdi
WhatsApp kanalımıza abunə olun

Bakının Suraxanı rayonunda minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə aeroport şosesinin Əmircan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Cahan Rzazadənin idarə etdiyi “Kia” markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü müxtəlif sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./teleqraf

Oxunub : 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh