2030-cu ilədək Bakı metrosu üçün 299 yeni nəsil vaqon alınacaq

"Növbəti illər üçün yeni qatarların alınması Azərbaycan Prezidentinin təsdiq etdiyi Dövlət proqramına əsasən, yeni stansiyaların inşası ilə yanaşı yeni vaqonların alınması da nəzərdə tutulub. 2030-cu ilə qədər olan dövrdə 299 yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması nəzərdə tutulub".
Avtosfer.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.
O bildirib ki, hazırda bu istiqamətdə planlı işlər davam etdirilir:
"Əvvəlki dövrlərdə dünyanın aparıcı istehsalçıları ilə keçirilən görüşlər və müzakirələr barədə məlumatlar yayılmışdı. Bu xüsusda "Şkoda", "Ştadler" şirkətləri, Çin istehsalçısı - CRRC qeyd oluna bilər. Bu, sadəcə, masa arxasında keçən görüşlər deyil. Texniki, maliyyə, istifadə oдunan materiallarla keyfiyyət, istehsal və istismar müddətləri, hətta daha sonrakı dövrdə xidmətin göstərilməsi, ehtiyat hissələr və s. mürəkkəb məsələlər bunun tərkib hissəsidir. Bu məsələlər və şərtlərə əməl olunması üçün istehsalçıların imkanları araşdırılıb. Ümumi fikirlərimiz formalaşıb və yaxın gələcəkdə konkret addımlara keçiləcək".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












