Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi - VİDEO

Abşeron rayonunun Mehdiabad qəsəbəsində mənzil alan bir qrup vətəndaş evlərinə köçə bilmədiklərini bildirir. Şikayətçilərin sözlərinə görə, ərazidə beşmərtəbəli yaşayış binasının tikiləcəyi və mənzillərin 2026-cı ilin avqustunda təhvil veriləcəyi vəd olunub. Lakin təhvil müddətinə az vaxt qalmasına baxmayaraq, tikinti sahəsində yalnız binanın bünövrəsi mövcuddur. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Vətəndaş Elnur Əliyev bildirib ki, ailəsi tərəfindən ərazidən üç mənzil alınıb və ümumilikdə 127 min manat ödəniş edilib.
"Bu torpaq sahəsi başqasına məxsusdur, amma həmin ərazidə bizə ev satılıb. İndi isə torpağın sahibi elan vurub ki, ərazi satılır. Biz bilmirik ki, haqqımızı kimdən tələb edək. Ya pulumuzu qaytarsınlar, ya da başqa ərazidə ev versinlər. Amma nə pulu qaytarırlar, nə də mənzil verirlər", - deyə Elnur Əliyev əlavə edib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












