Alanda asandır, qaytaranda çətin - Bankların yeni fırıldağı

Nağdsız ödənişlərin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi özü ilə yeni istehlakçı problemləri də yaradır. Hazırda alıcıların ən çox qarşılaşdığı çətinliklərdən biri həm uğursuz olan bank əməliyyatları, həm də bəyənilməyib qaytarılan məhsulların pullarının hesaba dərhal oturmamasıdır. Mağazada “imtina” sənədi verilməsinə və ya satıcının “pulu geri qaytardıq” deməsinə baxmayaraq, vəsaitin günlərlə hesaba daxil olmaması vətəndaşlar arasında ciddi narazılıq yaradır.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil Əkrəm Həsənov bildirib ki, geri ödənişin gecikməsi məhsulun satıldığı şirkətin məsuliyyətində olan məsələdir:
“Məhsulun geri qaytarılması zamanı vətəndaşa ödənilməli olan məbləğ bir neçə günə qayıtmalıdır. Məsələn, siz gedib hansısa supermaketdə alış-veriş edən zaman bank kartı vasitəsi ilə ödəniş etmisiniz. Bu sizin ödədiyiniz pulun dərhal gedib marketin bank hesabına çatması demək deyil. Bu proses ən azı 1 iş günü çəkir. Məhsul geri qaytırlanda isə bank hesabından təzədən geri ödənilməlidir. Bu prosesin icrası üçün də azı 1-2 gün vaxt lazımdır. Yəni pulun vətəndaşa qayıtması minimum 3 iş günü çəkə bilər. Amma bu proses daha uzun müddət uzanırsa, hesab etmirəm ki, bankın günahıdır. Bankda niyə belə problem olsun ki? Bu, məhz alış-veriş olunan şirkətin problemidir. Geri ödənişin gecikməsi həmin şirkətin işinə etinasız yanaşmasından xəbər verir”.
Hüquqşünas əlavə edib ki, vətəndaşlar belə hallarla üzləşdikcə, aşağıdakı seçimlərdən birindən istifadə edə bilər:
“Vətəndaşlar bu kimi hallarda 2 varinatdan istifadə edə bilər. Şəxs, ilkin olaraq istehlakçı hüquqlarının kobud şəkildə pozulmasına görə, Prezident yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edə bilər. Ya da məhkəməyə müraciət etmək olar. Lakin məhkməyə müraciət olduqca uzun prosesdir və xeyli vaxt aparır. Bir hüquqşünas olaraq, belə hallar zamanı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməyi tövsiyə edirəm. Bu qurum həmin problemi qısa müddətdə həll edəcək”.
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?












