Alkoqol 60-dan çox xəstəliyə yol aça bilər - Həkimdən çağırış

Endokrinoloq Zuxra Pavlova gündə cəmi bir qədəh şərabın belə onlarla xəstəliyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Avtosfer.az Redaktor.az-a istinadən xəbər verir ki, həkim bu haqda "Telegram" kanalında məlumat qeyd edib Mütəxəssis bildirib ki, alkoqolun az miqdarda qəbulu belə tam təhlükəsiz hesab edilmir. Onun sözlərinə görə, spirtli içkilər insan sağlamlığına düşünüldüyündən daha geniş təsir göstərir. Pavlova qeyd edib ki, son genişmiqyaslı araşdırmalar alkoqol qəbulunun 60-dan çox xəstəliyin yaranma riski ilə əlaqəli olduğunu sübut edib. Bu xəstəliklərə maddələr mübadiləsinin pozulması, oynaq problemləri, daxili orqanların zədələnməsi və immun sisteminin zəifləməsi daxildir. Bununla yanaşı, həkim vurğulayıb ki, alkoqolun orqanizmə təsiri geri dönəndir və bir çox dəyişiklikləri düzəltmək mümkündür. Onun sözlərinə görə, spirtli içkidən imtina etdikdən və ya istifadəsini azaltdıqdan bir neçə həftə sonra iltihab göstəriciləri azalır, ümumi sağlamlıq vəziyyəti isə yaxşılaşır. Həkim əlavə edib ki, alkoqoldan tam imtina bədənin daha sürətli bərpasına kömək edir və daxili orqanlara düşən yükü azaldır.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












