“Avropa istehsalı” adı altında satılan dərmanların 70 faizi saxtadır - EKSPERT

Son dövrlər internet üzərindən satılan vitamin və immunitet gücləndirici məhsulların sayı sürətlə artıb. Lakin bu məhsulların çoxu rəsmi qeydiyyatdan keçməyib, tərkibi və mənşəyi məlum deyil, bu da istehlakçıları ciddi risk altında qoyur. Keyfiyyəti yoxlanılmayan məhsulların istifadəçilərdə sağlamlıq problemlərinə səbəb olma ehtimalı da yüksəkdir.
Avtosfer.az xəbər verir ki, xüsusilə sosial şəbəkələrdə və internet mağazalarında bu məhsulların reklamında ən çox səslənən ifadələrdən biri də “Avropa istehsalı” olması iddiasıdır. Satıcılar bu sözlərlə məhsulun təhlükəsiz və keyfiyyətli olduğu təəssüratını yaratmağa çalışırlar. Lakin çox vaxt bu iddialar yanlışdır və istehlakçıları aldadır. “Avropadan gətirilib” və “xarici istehsaldır” kimi ifadələr məhsulun təhlükəsizliyini təmin etmir və istehlakçını yanlış yönləndirir.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliynin sədri Eyyub Hüseynov Avtosfer.az-a bildirib ki, internet üzərindən satılan dərmanların təxminən 70 faizi saxtadır:
“Heç vaxt insanların internet vasitəsilə dərman və bu cür məhsullar almaması tövsiyə olunur. Bu sahədə ciddi problemlər mövcuddur. İstehlakçılar həmin məhsulların üzərində yazılan məlumatlara inanmamalıdırlar, çünki bu yazılar heç bir real əsası əks etdirmir. Ümumiyyətlə, dünya üzrə istehlakçıları aldatmaq üçün pula satılmış 20 “professor” tapmaq kifayətdir. Onlar istənilən mövzuda yaxşı çıxışlar edə, cəlbedici yazılar yaza bilərlər. Bu da problemin nə qədər ciddi olduğunu göstərir”.

Qida üzrə ekspert Seymur Qafarovun sözlərinə görə, son dövrlərdə, xüsusilə də internet üzərindən bioloji aktiv qida məhsullarının, o cümlədən vitaminlərin, bitki tərkibli vitaminlərin və müxtəlif qida əlavələrinin satışı həyata keçirilir. Qeyd etmək lazımdır ki, bu məhsulların bir qisminin mənşəyi və mənbəyi məlum olmaya bilər:
“Tövsiyə olunur ki, bu cür məhsullar yalnız mənbəyi və mənşəyi bəlli olan yerlərdən, eyni zamanda müvafiq sertifikatlara malik satış nöqtələrindən alınsın. İdxal olunan məhsullar isə qida təhlükəsizliyi sahəsində verilmiş idxal sağlamlıq aktları əsasında satışa çıxarılmalıdır. İstehlakçılar məhsul alarkən mütləq şəkildə tanınmış və sertifikatlaşdırılmış məhsullara üstünlük verməlidirlər. Sosial şəbəkələr üzərindən mənbəyi bilinməyən bu cür məhsulların satışı və alınması tövsiyə edilmir. Bu hal insan sağlamlığı üçün ciddi təhlükə və risk faktorlarının yaranmasına səbəb ola bilər. Buna görə də istehlakçılar bu məsələdə daha diqqətli olmalıdırlar. Tövsiyəmiz bundan ibarətdir ki, bu cür məhsullar alınarkən “Dil haqqında” qanunvericiliyin tələblərinə uyğun olaraq məhsulun üzərindəki etiket məlumatları Azərbaycan dilinə tərcümə edilmiş olsun. Eyni zamanda “Qida təhlükəsizliyi haqqında” Qanunun 17.2-ci maddəsinin tələblərinə əsasən, məhsulun üzərində bütün etiket məlumatları aydın və dolğun şəkildə göstərilməlidir. Sosial şəbəkələr üzərindən alınan bu cür məhsulların əksəriyyətində etiket məlumatları Azərbaycan dilinə tərcümə olunmadığından, bu hal istehlakçıların aldadılmasına gətirib çıxara bilər”.
Nurcan Babək
“Koroğlu” körpüsü qəzalı vəziyyətdədir? - AÇIQLAMA - VİDEO
Bakıda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?
Erməni məhsulları gizlicə Bakı bazarında satılır? - VİDEO
Yolda pul tapmaq: şans, yoxsa lənət? - Əl uzatmazdan əvvəl bunları öyrənin
Dünyada yeni pandemiya qorxusu: Hantavirusun koronavirusdan fərqi nədir?
İyunda 10 gün İŞ OLMAYACAQ
Veteran pulu ARTIRILACAQ?
Alimlərdən qlobal iqlim fəlakəti barədə XƏBƏRDARLIQ
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
Vətəndaşlar şəxsi avtomobildən imtina edirlər - Buna səbəb nədir?
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI








