Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

Tikinti üçün torpaq sənədi olsa da, kadastr məlumatlarındakı ziddiyyətlərə görə çıxarış ala bilməyən vətəndaşlar üçün problem aradan qaldırılır.
Yeni mexanizmə əsasən, müraciətdən sonra ən geci 15 iş günü ərzində əmlakın qeydiyyatı və çıxarışın verilməsi mümkün olacaq.
Avtosfer.az-ın Baku.ws-ə istinadən məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, müvafiq dövlət qurumu təqdim olunan məlumatların dəqiqləşdirilməsi üçün digər qurumlara, o cümlədən arxiv idarələrinə elektron sorğu göndərəcək:
“Sorğulara 15 iş günü müddətində cavab veriləcək. Əgər vətəndaşın təqdim etdiyi məlumatlar təsdiqlənərsə, imtina qərarı verilməyəcək və əmlakın dövlət qeydiyyatına alınması təmin olunacaq.
Bu addım mülkiyyət hüquqlarının tanınması və qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Mərhələli şəkildə 400 mindən çox fərdi yaşayış evinin qeydiyyata alınaraq çıxarışla təmin edilməsi planlaşdırılır.
Qeyd edək ki, Bakı və ətraf ərazilərdə sənədsiz evlərin sayı 500 mini ötür. İlkin qiymətləndirməyə görə, onlardan təxminən 70 mini təhlükəli zonalarda – neft buruqları, iri nəqliyyat qovşaqları və yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yerləşir. Bu kateqoriyaya daxil olan tikililərlə bağlı ayrıca hüquqi tənzimləmə sənədinin qəbul olunacağı gözlənilir.
Birinci mərhələdə təhlükəli ərazilərdə yerləşməyən, əsasən həyət evlərinin qeydiyyata alınması ilə bağlı konsepsiya təsdiqlənəcək. Sənəd imzalandıqdan sonra təkcə Bakı və ətrafında 100 mindən çox evin rəsmiləşdirilməsi mümkün olacaq”.
Məlumat üçün bildirək ki, ilkin mərhələdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş və təsdiqedici sənədləri olan tikililərə üstünlük veriləcək.
AZZA-nın tortundan görün nə çıxdı - VİDEO
Kəlbəcərdə nəhəng ilan aşkarlandı - VİDEO
Hirkan Milli Parkında xoşagəlməz görüntülər - VİDEO
Binəqədidə sakinlərin canını boğaza yığan yollar - VİDEO
Başçısız qalan icra hakimiyyətləri - SİYAHI
“Uşaqlar məktəbə 2 saat gec getsin” - Çevik rejimdə bu mümkündürmü?
Kommunal ödənişlərdən kimlər azad oluna bilər? - VACİB AÇIQLAMA
Sabah bu ərazilərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bina sakinlərinin bitməyən dərdləri - Həyət evində bunlar yoxdur
Tıxacların uzunluğu rekord həddə çatdı - Fransada yandırıcı istilər
Bakıda kuryerlərin əsas problemi; sifariş çatdırmalıdırlar, lakin… - VİDEO










