Azərbaycanda bu şəxslərə mənzil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Sentyabr - Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib.
Avtosfer.az xəbər verir ki, mənzillər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan Yaşayış Kompleksindədir.
4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbiri keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıb.
Qeyd edilib ki, bu tədbirlərin mühüm bir istiqaməti onların mənzillə təmin edilməsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib.
Postmüharibə dövründə onlara 7 300-dən, ümumilikdə ötən dövrdə 16 mindən çox mənzil təqdim edilib.
Bu dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yönələn müavinət və təqaüdlərin də orta hesabla iki dəfədən çox artırıldığı bildirilib. Eyni zamanda, bu kateqoriyalara aid vətəndaşların məşğulluq məsələlərinin həlli, reabilitasiya xidmətləri ilə təminatı sahələrində də ardıcıl işlərin aparıldığı diqqətə çatdırılıb.
Yeni mənzillərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən yüksək diqqət və qayğıya, bu gün isə yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...










