Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

Son illər azyaşlılar tərəfindən törədilən hüquq pozuntuları narahatlıq doğuran mövzulardan birinə çevrilib. 2024-cü ilin statistikasına görə, 472 azyaşlı cinayət törədib. Onlardan 460-ı oğlan, 12-si isə qızdır. Bu cinayətlər arasında ən çox rast gəlinən oğurluqdur - 2024-cü ildə 161 belə fakt qeydə alınıb.
Bəs bu uşaqlar cəmiyyət üçün təhlükədirmi, yoxsa diqqətdən kənarda qalmış fərdlərdir?
Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Sosioloq Üzeyir Şəfiyev bildirir ki, yeniyetmələr arasında cinayət əməllərinin əsas səbəbləri sosiallaşma institutlarındakı problemlərlə bağlıdır:
"Ailə mühiti gərgindirsə, münaqişəlidirsə və ya orta məktəblərdə bullinq halları varsa, bu kimi hadisələr baş verə bilər. Onlar daha çox sosial medianın təsiri altındadırlar və çalışmaq lazımdır ki, sosial şəbəkələrdə süzgəc mexanizmləri tətbiq olunsun".
Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən Ədliyyə Nazirliyi yanında Probasiya xidməti azyaşlıların davranışına nəzarət edir, onların cəmiyyətə reinteqrasiyası üçün xüsusi proqramlar həyata keçirir. Bəzi hallarda isə azyaşlılar xüsusi tərbiyə müəssisələrinə yerləşdirilirlər. Burada onlar həm təhsil alır, həm də psixoloji dəstək alırlar.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












