Azərbaycanda daha çox bu yaşda olanlar iş tapır – RƏQƏMLƏR

Azərbaycanda bu ilin ilk 7 ayında işə düzələnlər arasında ən böyük pay 20-24 yaşlı şəxslərə düşüb.
Avtosfer.az-ın məlumatına görə, sfera.az-ın Dövlət Məşğulluq Agentliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, yanvar-iyul aylarında Agentliyin dəstəyi ilə 103 mindən çox şəxsin işlə təmin olunmasına vasitəçilik edilib. İşə düzələnlərin yaş bölgüsündə ilk sırada 20-24 yaş qrupu qərarlaşıb. Bu yaşda olanlar ümumi göstəricinin 17,6 faizini təşkil edib.
Onları 35-39 yaşlı şəxslər 13,3 faiz, 30-34 yaş qrupu 12,7 faiz, 25-29 yaşlılar isə 12 faiz göstərici ilə izləyib. Rəqəmlər göstərir ki, əmək bazarında ən fəal qruplardan biri məhz gənclərdir. Əmək bazarında təklif olunan iş yerlərinin sayı da kifayət qədər yüksək olub. Belə ki, 2026-cı ilin ilk 7 ayı ərzində işəgötürənlər “Əmək və məşğulluq” altsisteminin (ƏMAS) Vakansiya Bankına 320 minədək vakansiya daxil ediblər.
Hazırda sistemdə 65 mindən çox aktiv iş yeri var. Təkliflər yalnız bir neçə sahə ilə məhdudlaşmır. Vakansiyalar arasında mühəndis, mühasib, direktor, müəllim, marketoloq kimi mütəxəssis vəzifələri ilə yanaşı, fəhlə, dülgər, barista və digər peşələr üzrə də iş yerləri mövcuddur. Beləliklə, ilin ilk 7 ayının göstəriciləri həm işə düzələnlərin sayının 100 mini keçdiyini, həm də əmək bazarında işəgötürənlərin yüz minlərlə yeni vakansiya formalaşdırdığını göstərir.
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH












