Azərbaycanda dizel yanacağının istehsalı 18 faiz artdı

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 milyon 329,1 min ton dizel yanacağı istehsal edilib.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin 11 ayının göstəriciləri ilə müqayisədə 18,4 % çoxdur.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 5 milyard 12,8 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 % artıb.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 58,7 min ton mazut istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Bu müddət ərzində Azərbaycanda 1 milyard 342,2 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,9 % çoxdur.
Hesabat dövründə 32,8 min ton sürtkü yağları, 225,6 min ton neft bitumu istehsal edilib. Ötən ilin 11 ayı ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 48,3 %, neft bitumunun istehsalı isə 5,1 % azalıb.
Həmçinin, hesabat dövründə ölkədə 206,7 min ton maye qazlar, 634,4 min ton ağ neft, 218,6 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 24,3 %, neft koksunun istehsalı 25,8 %, ağ neftin istehsalı isə 14,3 % artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
Qızıl, depozit, daşınmaz əmlak: Hansı daha təhlükəsiz və sərfəlidir?
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Regiona siklon yaxınlaşır: leysan yağacaq - Bizi nə gözləyir?
Bu kəndə avtomobillə girmək qadağandır - FOTO
Qadınların C kateqoriyası almasına gizli qadağa var? - AÇIQLAMA
Pensiya ilə bağlı MÜHÜM AÇIQLAMA
Bu sahədə çalışanlar hərbi xidmətdən azad edilir? - AÇIQLAMA
Bakıda ictimai nəqliyyat pulsuz ola bilər? – Ekspertdən AÇIQLAMA
Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikası, yoxsa mentalitetin?
"Yayda toz-torpaq, qışda isə palçıq" - Sakinlərin yol dərdi - VİDEO
Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR










