Azərbaycanda "kupça" almaq neçəyədir?

Azərbaycanda mənzil üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi və çıxarışın alınması prosesi müəyyən dövlət rüsumları və xidmət haqları ilə müşayiət olunur. Bu xərclər alqı-satqı prosesində əlavə maliyyə yükü yarada bilər və bəzən daşınmaz əmlak bazarında qərarvermə prosesinə təsir göstərə bilər.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, çıxarışların əldə edilməsi, eləcə də çıxarış və texniki pasportun alınması ilə bağlı əvvəldən müəyyən rüsumlar mövcuddur.
"Bunlar dövlət tərəfindən müəyyən edilmiş xidmət rüsumlarıdır və hər bir sənədin verilməsi üçün ayrıca ödəniş nəzərdə tutulur. Bu rüsumlar yeni tətbiq edilən qayda deyil, uzun illərdir qüvvədə olan və hüquqi prosedurlar çərçivəsində həyata keçirilən ödənişlərdir. Bu baxımdan, sözügedən rüsumların əmlak bazarına hər hansı ciddi və ya birbaşa təsir göstərdiyini demək düzgün olmaz. Çünki bu ödənişlər daşınmaz əmlakın alqı-satqısı prosesində mövcud olan standart prosedurların bir hissəsidir və əvvəldən də tətbiq olunub".
Ekspert qeyd edib ki, ümumiyyətlə, dünyanın əksər ölkələrində daşınmaz əmlakla bağlı sənədlərin rəsmiləşdirilməsi, mülkiyyət hüququnun qeydiyyatı, çıxarış və texniki sənədlərin verilməsi üçün müəyyən rüsum və xidmət haqları mövcuddur.
"Bu, hüquqi dövriyyənin şəffaf və sistemli şəkildə aparılması üçün normal və qəbul edilmiş bir təcrübə hesab olunur. Buna görə də bu cür rüsumların tətbiqi əmlak bazarında qeyri-adi və ya bazara təsir edəcək yeni bir faktor kimi qiymətləndirilmir".
Qeyd edək ki, mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə elektron çıxarışın (kupçanın) verilməsi üçün dövlət rüsumu 50 manat təşkil edir. Çıxarışın hazırlanma müddətindən asılı olaraq əlavə xidmət haqları tətbiq olunur. Sənəd 10 iş gününə təqdim edildikdə 36 manat, 7 iş gününə 54 manat, 3 iş gününə 72 manat, 1 iş gününə hazırlandıqda isə 108 manat ödəniş tələb edilir. Bundan əlavə, mənzilə dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 75 manat dövlət rüsumunun ödənilməsi tələb olunur.
Yeni COVID dalğası qapıdadır? - Yeni ştammla bağlı qorxudan xəbər
Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?
Məzuniyyətə çıxmaq istəyənlər MÜTLƏQ OXUSUN: Qanuna görə bundan sonra...
Yas mərasimləri ilə bağlı YENİ QAYDA – Bütün ölkə üzrə…
Şəhərdə yaşamaq beyinin qocalmasına necə təsir edir? - Ekspertdən AÇIQLAMA
Aidiyyəti qurumların diqqət göstərmədiyi 3 km-lik yol – “Hamı köçüb gedir” - VİDEO
Pensiya ilə bağlı VACİB AÇIQLAMA: "Ödənişlərdə çətinlik yarana bilər"
Bakıda bəzi evlər çökə bilər - QORXULU XƏBƏRDARLIQ
Əsgər gedən şəxslərə bu halda təzminat ödənilə bilər... - SON DƏQİQƏ
Bu sənədsiz evlərə "Kupça" veriləcək - ƏHALİYƏ ŞAD XƏBƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO










