Azərbaycanda metro ilə sərnişin daşınmadakı zərərlilik aşağı düşür

Azərbaycanda metronun sərnişindaşınmadakı xərclər gəlirləri üstələsə də, son ildə zərərlilik əmsalı aşağı düşüb.
Avtosfer.az xəbər verir ki, metro ilə sərnişin daşınmasından keçən il 100.44 milyon manat gəlir əldə edildiyi halda, ona çəkilən xərclərin həcmi 165 mln. manat olub. Bu da ümumi zərərin 64 milyona düşməsinə gətirib çıxarıb. Halbuki, metrodakı ümumi zərər (gəlir və xərclər arasındakı fərq) 2023-cü ildə 71.12 mln. manat idi.
Metroda sərnişin daşınması üzrə zərərlilik əmsalı isə 164% təşkil edib ki, bu da 2020, 2021, 2022 və 2023-cü illərdəki müvafiq 492%, 448%, 229% və 185% əmsaldan xeyli aşağıdır. Bu əmsal ötən ilin ikinci yarısından sonra qiymətlərin artımı ilə üst-üstə düşür. Belə ki, ötən il sərnişin daşınmasındakı artımla paralel ilin ikinci yarısından sonra qiymət tənzimləyicisi tərəfindən bir gediş haqqı 40 qəpikdən 50 qəpiyə qaldırılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Bakıda metro ilə 229.58 milyon nəfər sərnişin daşınmaqla 2023-cü ildəki 219.45 nəfəri 5 üstələyib.
Xatırladaq ki, metronun yeganə operatoru “Bakı Metropoliteni” QSC illərdir zərərlə başa vurur. Bununla belə, dövlət şirkəti 2020-ci ildən bu tərəfə illik audit hesabatını rəsmi veb səhifəsində yerləşdirməyi dayandırıb. 2020-ci ildəki maliyyə hesabatında 83.54 mln. manat zərər edib. Ümumi yığılmış zərər 565.24 mln. manat olmuşdu.
Dövlət şirkəti ictimai nəqliyyatda mühüm rola sahib olduğu üçün hər ona subsidiyalar ayrılır. Bununla belə, 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə 27.7 milyon manat subsidiya ayrılacağı planlaşdırılıb. Bu, öncəki ildən 44.7% azdır.(banker.az)
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












