Azərbaycanda qadın avtobus sürücülərinin taleyi necə oldu? - “50 müraciət var”

Bir müddət əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəyi ilə qadınların avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlaması üçün təlim proqramları elan edilmişdi. Hətta AYNA və “BakuBus” MMC-nin birgə təşəbbüsü çərçivəsində təlimləri uğurla başa vuran xanımlar avtobus sükanı arxasına keçmişdi.
Aradan keçən müddətdən sonra həmin sürücülər hələ də işlərini davam etdirirmi?
Avtosfer.az-ın məlumatına görə, bu barədə “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva “Yeni Sabah”a bildirib ki, ötən il avtobus sürücüsü olmaq üçün ümumilikdə 18 qadın müraciət edib:
“2025-ci ildə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və “BakuBus” MMC tərəfindən birgə həyata keçirilən “BakuBus sizi sükan arxasına dəvət edir” layihəsi çərçivəsində avtobus sürücüsü vəzifəsi üzrə müraciət etmiş namizədlərdən 5 nəfər peşə hazırlığı təlimlərinə cəlb olunub. Təlim prosesini uğurla başa vuran 2 xanım ötən ilin noyabr ayından etibarən “BakuBus” MMC-də avtobus sürücüsü kimi fəaliyyət göstərir”.
Ə.Əliyeva əlavə edib ki, bu il qadınların avtobus sürücüsü peşəsinə marağı daha da artıb:
“2026-cı il ərzində avtobus sürücüsü vəzifəsi üzrə 50 qadın müraciət edib. Hazırda onların 14-ü AYNA-nın təşkil etdiyi təlim proqramında iştirak edir. Proqramı uğurla başa vuran namizədlərin “BakuBus” MMC-nin sürücü heyətinə qoşulması nəzərdə tutulur. Qadın sürücülərin iş təcrübəsi göstərir ki, onların ictimai nəqliyyat sahəsində təmsilçiliyinin genişlənməsi sürücü və sərnişin münasibətlərinin inkişafına, xidmət mədəniyyətinin daha da gücləndirilməsinə və peşəyə marağın artmasına müsbət təsir göstərir”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












