Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı — Uşaqlarımızı kimlərə əmanət edirik?

“Moon kids” adlı məşhur uşaq bağçasında direktorunun adı dələduzluqda hallanıb. İttiham olunan direktor bir neçə şəxsin işə düzəltmə adı ilə müxtəlif məbləğlərdə pul vəsaitini mənimsəyib. Hadisə özü ilə birlikdə özəl məktəbəqədər təhsil müəssisələrində pedaqoji təhsili olmayan şəxslərin işləməsi məsələsini də gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca Demokrat.az-a bildirib ki, özəl uşaq bağçalarında işə qəbul məsələsi tam şəkildə mülkiyyətçinin səlahiyyətində qalır:
“Nəticədə, kimdir, hansı hazırlığı var, bu sahəyə uyğundurmu kimi suallar çox vaxt nəzərə alınmır və bu da tədrisin keyfiyyətinə birbaşa təsir edir. Halbuki illərlə məktəbəqədər təhsil ixtisası üzrə təhsil almış şəxslər kənarda qalır, ixtisası məlum olmayan adamlar bağçalara işə götürülür. Rüşvət və digər qeyri şəffaf hallar isə ayrıca problemdir”.
O bildirib ki, dövlət bağçalarında çalışan tərbiyəçilər və müəllimlər sertifikasiyadan keçdiyi halda, özəl müəssisələrdə belə bir tələb yoxdur:
“Halbuki söhbət eyni yaş qrupundan və eyni təhsil mərhələsindən gedir. Özəl məktəblərdə də müəllim seçimi müəyyən meyarlarla aparılır, lakin bağçalarda bu qaydalar çox vaxt tətbiq edilmir. Belə vəziyyətdə təsadüfi peşə sahiblərinin məktəbəqədər müəssisələrdə işləməsi mümkündür və buna nəzarət mexanizmi zəifdir. Halbuki valideyn övladını həmin müəssisəyə etibar edirsə, uşağa kimin nəyi və necə öyrətdiyini bilmək onun haqqıdır”.
Ekspert deyib ki, bu səbəbdən özəl uşaq bağçalarında da mütəmadi monitorinq aparılmalı, vahid qaydalar müəyyənləşdirilməlidir.
“Zərurət yaranarsa, qəbul prosesi müvafiq dövlət qurumu tərəfindən imtahan yolu ilə tənzimlənə bilər”- deyə o bildirib.
Görünən odur ki, özəl bağçalardakı nəzarətsizlik təkcə təhsilin keyfiyyətini deyil, həm də valideynlərin və iş axtaranların maddi təhlükəsizliyini təhdid edir. “Moon kids” ətrafında yaşananlar bir növ buzdağının görünən tərəfidir. Sistemli islahatlar və ciddi monitorinqlər olmadığı müddətcə, bənzər xoşagəlməz hadisələrin təkrarlanmayacağına heç kim təminat verə bilmir. Belə vəziyyətdə valideynlərə yalnız bir yol qalır ki, övladlarını etibar etdikləri müəssisənin parıltılı reklamlarına yox, orada çalışan kadrların real tərcümeyi-halına daha yaxından baxmaq.
Azərbaycanda gediş haqqı sistemi dəyişə bilər - BELƏ OLACAQ
Taksiyə 375 manat icbari sığorta haqqı niyə gəlib? - AÇIQLAMA
Küçə itləri şagirdlərə hücum etdi - Təhlükəli vəziyyət - VİDEO
"Bunlar səhər qazır, axşam da asfalt vurur" - Ona görə də ... - Elməddin Muradlı
Paytaxtda daha 5 yolda təmir işləri aparılacaq - Sürücülərin diqqətinə!
Bu marşrutda gedişhaqqı azaldılıb? - FOTOFAKT
Bulud dağıdan toplardan niyə istifadə etmirik? - Axırıncı dəfə Sovet dövründə...
Üstünlüyün piyadalarda olduğu şəhər modeli hansı prinsiplərə əsaslanır? - VİDEO
Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? - Çexiya təcrübəsi öyrənilir
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? - VACİB AÇIQLAMA
Bu sahədə işləyənlər 4000 manatdan çox maaş alırlar - SİYAHI










