Bakı metrosu 24 saat fəaliyyət GÖSTƏRƏCƏK? – Rəsmi AÇIQLAMA

Paytaxt sakinlərinin gecə saatlarında daha çox hərəkətdə olduğu müşahidə edilir. Üstəlik beynəlxalq tədbir, konsert və ya hər hansı mədəni-kütləvi tədbirlər zamanı insanların rahat nəqliyyat növü kimi metrodan istifadəsi daha əlverişlidir.
Bu səbəbdən də Bakı metrosunun fəaliyyət saatlarının uzadılması məsələsi vaxtaşırı gündəmə gəlir. Belə bir addım həm gecə saatlarında tıxacların qarşısını almağa, həm də insanların gecə gəzintilərinə şərait yaradılmasına imkan verə bilər.
Qeyd edək ki, dünyanın bir çox ölkəsində metro 24 saat fəaliyyət göstərir.
Bəs, Bakı metrosu 24 saat fəaliyyət göstərə bilərmi?
Mövzu ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, metro stansiyalarının iş saatları texniki və əməliyyat qaydalarına uyğun olaraq, günün saatları üzrə əhalinin ictimai nəqliyyata olan tələbatı nəzərə alınmaqla müəyyənləşdirilir:
“Gecə saatlarında stansiya və tunel infrastrukturunda normativ tələblərə uyğun texniki baxış, qulluq və təmir işləri aparılır.
Bu işlər təhlükəsiz sərnişindaşımanı təmin etmək və bütün infrastrukturun saz vəziyyətdə saxlanılması məqsədilə həyata keçirilir. Məhz bu səbəbdən Bakı metropoliteninin 24 saat fasiləsiz fəaliyyət göstərməsi hazırda mümkün hesab olunmur”, - deyə qurumdan bildirilib.
Metropolitendən o da qeyd olunub ki, xüsusi günlərdə, paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər zamanı zərurət yaranarsa, metro stansiyalarının iş vaxtı uzadılır və sərnişinlərin rahat, təhlükəsiz daşınması təmin edilir.(bizim.media)
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












