Bakı üçün tarixi qərar verildi - Vacib dəyişikliklər gözlənilir

Prezidentin sərəncamına əsasən, “BakuBus” və “Bakı Taksi Xidməti” “Bakı Metropoliteni”nə birləşdirilib.
İctimai nəqliyyatın vahid mərkəzdən idarə edilməsi nəyə xidmət edir? Yeni sistem hansı dəyişikliklərə səbəb ola bilər?
Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, qərarın əsas məqsədi şəhər nəqliyyatında idarəetmənin optimallaşdırılması, resurslardan daha səmərəli istifadə və müxtəlif nəqliyyat növləri arasında funksional inteqrasiyanın təmin edilməsidir:
“Burada əsas hədəf metro sistemini yalnız sərnişindaşıma funksiyası ilə məhdudlaşdırmamaq, onu ümumilikdə relsli nəqliyyatın idarəedici mərkəzinə çevirməkdir. Artıq tramvay xətlərinin çəkilməsi, tramvay depoları və qarajlarının yaradılması da “Bakı Metropoliteni”nə həvalə olunur. Bu, Bakının nəqliyyat sistemində sadəcə struktur islahatı deyil, şəhər mobilliyinin keyfiyyətcə yeni mərhələyə keçidinə hesablanmış addımdır”.
Ekspert bildirib ki, əsas məsələ seçilən modelin effektiv icrası, institusional koordinasiyanın qorunması və sərnişinyönümlü yanaşmanın prioritet saxlanılmasıdır:
“Bu şərtlər təmin olunarsa, paytaxt yaxın illərdə daha müasir, inteqrasiya olunmuş və dayanıqlı nəqliyyat sisteminə malik ola bilər. Burada vacib məqamlardan biri də odur ki, metro sistemi artıq relsli nəqliyyat sahəsində formalaşmış texniki baza, mühəndislik təcrübəsi və təhlükəsizlik standartlarına malikdir. Bu resursların tramvay layihələrində tətbiqi layihələndirmə, tikinti müddətini qısalda, texniki riskləri minimuma endirə və idarəetmədə vahid standartların formalaşmasına imkan yarada bilər. Hazırda şəhər mobilliyi istiqamətində mühüm addımlar artıq atılıb. Şəhərə yeni və ekoloji cəhətdən təmiz avtobuslar gətirilib, marşrut xəttinə buraxılan avtobusların sayı artırılıb. Mikromobillik vasitələri üçün xüsusi zolaqlar yaradılıb. Xüsusilə gənclər arasında skuter və velosipeddən yalnız əyləncə məqsədilə yox, gündəlik nəqliyyat vasitəsi kimi istifadə geniş yayılıb. Yeni qərarın şəhər mobilliyinin transformasiyasını daha da sürətləndirəcəyi gözlənilir. Eyni zamanda, taksi, “BakuBus” və tramvay sisteminin metro ilə inteqrasiyası nəzərdə tutulur. Yəni dövlət balansında olan əsas daşıyıcı qurumlar vahid idarəetmə mərkəzində birləşdiriləcək”.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










