Bakıda evi olanlar üçün böyük FÜRSƏT: Çox insan bilmir

Çoxmənzilli binalarda dam, zirzəmi və həyət kimi ümumi istifadə sahələri ilə bağlı sakinlər arasında tez-tez mübahisələr yaranır. Bəzi hallarda mənzil sahibləri bu ərazilərdən şəxsi əşyalarını saxlamaq üçün istifadə edir.
Bəs binanın damından, həyətindən və zirzəmisindən kimlər istifadə edə bilər? Sakinlər şəxsi əşyalarını dama və ya zirzəmiyə yerləşdirə bilərmi?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov deyib ki, dam və zirzəmilər texniki mərtəbə hesab olunur:
“Çoxmərtəbəli binalarda bunlara çardaq, mansard və zirzəmi hissələri deyilir. Bu sahələr ümumi sakinlərin istifadəsi üçün nəzərdə tutulub. Lakin orada yaşayış mümkün deyil, yəni yaşayış məqsədilə istifadə oluna bilməz. Digər hallarda isə qanun buna icazə verir və həmin sahələr yalnız bina sakinlərinin istifadəsi üçün nəzərdə tutulur. Orada heç kim özbaşına hər hansı iş görə bilməz. Mənzil sakinlərinin, yəni binada yaşayan vətəndaşların razılığı əsasında həmin sahə bölüşdürülə bilər. Kiməsə icarəyə verilə, anbar kimi istifadə oluna və ya digər məqsədlər üçün yararlana bilər. Yaşayış məqsədindən başqa digər təyinatlar üzrə istifadəyə icazə verilir. Xüsusilə yığıncaqların təşkili və biznes məqsədilə icarəyə verilməsi mümkündür. Hətta MTK-dan icazə alaraq həmin sahəyə çıxarış almaq da mümkündür. Lakin bu hüquq yalnız həmin binada yaşayan sakinlərə verilir. Digər şəxslər qəti şəkildə oradan istifadə edə bilməz”.
M.Rüstəmovun sözlərinə görə, özəl binalarda, yəni MTK-larda da bu sahələrdən istifadə hüququ bina sakinlərinə məxsusdur:
“Orada komendantı özləri təyin edirlər və onun razılığı ilə həmin sahələrə nəzarət edilir. Xüsusilə sovet dövründə zirzəmilər müharibə zamanı istifadə üçün nəzərdə tutulurdu. 1960-70-ci illərdə Bakı şəhərində Leninqrad və Stalin layihəli binalar tikilmişdi. Onların zirzəmiləri əsasən bunker, yəni sığınacaq kimi nəzərdə tutulmuşdu.
Sonradan dünya inkişaf etdikcə və müasirləşdikcə, xüsusilə 1990-cı illərdən sonra zirzəmilər biznes obyektləri kimi də istifadə olunmağa başladı. Hazırda şəhərimizdə bir çox binaların zirzəmilərindən müxtəlif məqsədlərlə, o cümlədən biznes fəaliyyəti üçün istifadə edildiyini görürük. Qanunda da bildirilir ki, MTK-larda bu binalardan istifadə hüququ yalnız həmin binada yaşayan sakinlərə məxsusdur. Başqa heç bir şəxs həmin sahələrdən istifadə edə bilməz”.
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA












