Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

"Bakı şəhərinin Baş planına uyğun olaraq aparılacaq yenidənqurma və söküntü prosesləri mərhələli şəkildə həyata keçiriləcək və bu, paytaxtın urban inkişafında ən iri layihələrdən biri hesab olunur".
Avtosfer.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, şəhər üzrə 100 mindən artıq bina ya söküləcək, ya da qismən bərpa edilərək rekonstruksiya olunacaq:
"Bu binaların bir hissəsi hələ də istifadəyə yararlı olduğundan onların tam sökülməsi deyil, kosmetik təmiri və gücləndirilməsi nəzərdə tutulur. Lakin qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş tikililər əsas prioritet kimi müəyyən edilib.
İlkin mərhələdə təxminən 10-12 min binanın bu prosesə cəlb olunacağı gözlənilir. Söküntü və yenidənqurma işləri üç mərhələdə aparılacaq və ilk növbədə qəzalı binalar tamamilə aradan qaldırılacaq. Hazırda binaların konkret siyahısı və yerləşdiyi ərazilər üzrə müəyyənləşdirmə prosesi davam edir və bu siyahı mərhələli şəkildə təsdiqlənir.

Artıq təsdiqlənmiş bəzi ərazilərdə köhnə və təhlükəli binaların sökülməsinə start verilib. Layihənin birinci mərhələsinin 2030-cu ilə qədər, ikinci mərhələsinin isə 2030-2040-cı illər ərzində həyata keçirilməsi planlaşdırılır.
Yeni urban layihələr çərçivəsində nəqliyyat infrastrukturunun genişləndirilməsi əsas istiqamətlərdən biridir. Buraya magistral yolların yenilənməsi, tramvay xətlərinin çəkilməsi və yeni metro stansiyalarının inşası daxildir. Eyni zamanda şəhərdə yeni parkların, yaşıllıq zonalarının və ictimai istirahət məkanlarının yaradılması da planlaşdırılır".
AQC sədri əlavə əlavə edib ki, yeni tikililər müxtəlif maliyyə modelləri əsasında həyata keçiriləcək:
"Binaların bir hissəsi dövlət büdcəsi hesabına, bir hissəsi dövlət-özəl tərəfdaşlığı çərçivəsində, digər hissəsi isə tam şəkildə investorlar tərəfindən inşa ediləcək. Lakin maliyyə mənbələrinin məhdudluğu və investorların seçimi prosesinin vaxt aparması səbəbindən bu işlərin sürətlə getməsi gözlənilmir.
Yaxın dövrdə təxminən 300-ə yaxın binanın sökülməsi planlaşdırılır. Onların yerində ya yeni yaşayış kompleksləri tikiləcək, ya da park və ictimai məkanlar salınacaq. Ümumilikdə bu proses qısamüddətli deyil və illər ərzində mərhələli şəkildə davam edəcək.
Sökülən binaların əvəzində müasir yaşayış kompleksləri, sosial obyektlər, parklar və ictimai istifadəyə açıq sahələr yaradılacaq. Burada əsas məqsəd təkcə köhnə binaları aradan qaldırmaq deyil, şəhərin ümumi inkişaf konsepsiyasını yeniləməkdir.
Baş planın əsas prioritetləri sırasında əhali sıxlığının azaldılması, şəhərin daha balanslı şəkildə genişləndirilməsi, vətəndaşların yaşayış keyfiyyətinin yüksəldilməsi və nəqliyyat problemlərinin aradan qaldırılması dayanır. Eyni zamanda tıxacların azaldılması, nəqliyyat əlçatanlığının artırılması və ekoloji mühitin yaxşılaşdırılması da bu planın əsas hədəflərindəndir.

Bununla yanaşı, yaşıl zonaların genişləndirilməsi və alternativ enerji mənbələrinin tətbiqi də nəzərdə tutulur ki, bu da Bakının daha dayanıqlı və ekoloji şəhərə çevrilməsinə xidmət edəcək.
Söküntü prosesində prioritet üç əsas kateqoriyaya veriləcək:
qəzalı vəziyyətdə olan binalar;
sovet dövründə tikilmiş və istismar müddətini başa vurmuş yaşayış yerləri;
normativlərə uyğun olmayan, plansız və qanunsuz inşa edilmiş fərdi yaşayış evləri.
Ən çox yenilənmənin gözlənildiyi ərazilər sırasında Yasamal, Nəsimi və Nərimanov rayonları xüsusi qeyd olunur. Bununla yanaşı, mərkəzə yaxın, sıx və plansız tikilmiş məhəllələrdə də genişmiqyaslı dəyişikliklər gözlənilir".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












