Bakıda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilir.
Maraqlıdır, bəs görəsən, taksi xidmətində ödənişləri "BakıKart" ilə etmək mümkün olacaq?
Avtosfer.az xəbər verir ki, mövzu ilə "Bakı Metropoliteni" QSC-dən Oxu.az-a bildirilib ki, proses yeni başladığı üçün ödəniş sistemləri ilə bağlı konkret qərarlar və tətbiq tarixləri hələ müəyyən edilməyib:
"BakuBus" MMC və "Bakı Taksi Xidməti" MMC-nin "Bakı Metropoliteni" QSC-yə qoşulması ilə baş vermiş müvafiq yenilik şəhərdaxili ictimai nəqliyyatda vahid idarəetmə modelinə keçidin tərkib hissəsidir. Proses yeni başladığı üçün ödəniş sistemləri ilə bağlı konkret qərarlar və tətbiq tarixləri hələ müəyyən edilməyib. Hazırkı mərhələdə əsas məqsəd müxtəlif nəqliyyat növlərinin vahid sistem daxilində daha səmərəli və koordinasiyalı idarə olunmasını təmin etməkdir. Gələcəkdə bu baxımdan sərnişinlər üçün ödəniş mexanizmlərinin daha rahat, çevik və rəqəmsal həllər əsasında inkişaf etdirilməsi istiqamətində müxtəlif yanaşmalar nəzərdən keçirilə bilər. Bununla belə, hər hansı yeni modelin tətbiqi ilə bağlı qərarlar yalnız texniki, əməliyyat və iqtisadi qiymətləndirmələrdən sonra veriləcək. Bakıda metro və avtobus sistemində tətbiq olunan "BakıKart" modeli artıq multimodal ödəniş infrastrukturunun formalaşmasına imkan yaradıb. Beynəlxalq təcrübədə də vahid ödəniş sistemlərindən sərnişin rahatlığının artırılması üçün geniş istifadə olunur. Dünyanın bir sıra şəhərlərində sərnişinlər metro, avtobus və taksi xidmətlərindən eyni tətbiq, vahid balans və ya ümumi nəqliyyat kartı vasitəsilə istifadə edə bilirlər.
Müasir beynəlxalq təcrübədə metro və taksi xidmətlərinin inteqrasiyası üzrə müxtəlif yanaşmalar tətbiq edilir. Bir sıra şəhərlərdə metro çıxışlarında xüsusi taksi zonaları yaradılır, sərnişinlərin mənzilbaşına hərəkətini təmin edən digər xidmətlərdən istifadə edilir.
Əsas məqsəd sərnişinlər üçün ödəniş və hərəkət prosesini daha sürətli, rahat və şəffaf təşkil etməkdir. Prosesin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur və gələcəkdə tətbiq oluna biləcək yeniliklərlə bağlı ictimaiyyətə məlumat veriləcək".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












